Ölkə

Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı

28 Yanvar 2019 20:47
0 Şərh     Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb. 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Milli.Az-a verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I want to fly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.

Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq. 

Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir. 

Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.