“Qızıl Buta” milli mükafatı təqdim olundu - Trend və Milli.Az təltif olunanlar arasında - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 26-da Bakı Biznes Mərkəzində Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin (DAİM) təsis etdiyi "Qızıl Buta" milli mükafatının təqdimat mərasimi olub.
Milli.Az məlumat verir ki, tədbirdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sahibkarlar, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DAİM Mərkəzininin sədri Zaur Mirzə-zadə çıxış edərək hər il ənənəvi olaraq reallaşan təqdimat mərasimi haqqında məlumat verib. O, deyib ki, bu mükafat respublikamızın həyatında aktiv fəaliyyət göstərən müvafiq sahənin nümayəndələrinə təqdim edilir.
Z.Mirzə-zadə qeyd edib ki, budəfəki sorğu, "xalq.az" xəbər portalının texniki dəstəyi, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin DAİM Mərkəzinin koordinatorları tərəfindən respondentlər arasında bölgələrdə aparılıb. Sosial şəbəkələrdə aparılan sorğulara əsasən sahibləri müəyyən olunub.
2018-ci ildə və ümumilikdə son 15 ildə ölkəmizinin bütün sahələrində qazanılan inkişafdan söz açan Zaur Mirzə-zadə söyləyib ki, bütün bunlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. "Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycanın inkişafı naminə hər kəs əlindən gələni etməli, ölkəmizin qüdrətinin daha da artmasına çalışmalı, inkişafa yönələn siyasi kursa dəstək verməlidir. Cəmiyyətimizdə bu sahədə aktiv olan çoxsaylı gənclərimiz var, ümid edirəm ki, onlar dövlətimizin çiçəklənməsinə səy göstərərək uğurlu siyasi strategiyaya töhfələr verəcək", - deyə Z.Mirzə-zadə vurğulayıb.
Sonra müxtəlif nominasiyalar üzrə qaliblərə "QIZIL BUTA" milli mükafatı təqdim edilib.
Təltif edilənlər arasında "Trend" İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev və "Milli.Az" Xəbər Portalının məsul əməkdaşı, politoloq İlkin İzzət də olub.
Zərif Nisə
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi





