Qarabağ atı 5 əsrlik tarixə malik “Hamplton Court” kral sarayında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu həftə Böyük Britaniyanın atçılıq yönümlü informasiya məkanının əsas qəhrəmanları növbəti dəfə milli qürurumuz olan Azərbaycanın Qarabağ atları olmuşlar.
Milli.Az xəbər verir ki, dekabrın 19-dan start götürmüş "Olimpiya London Beynəlxalq Atçılıq Şousunda" Qarabağ atları üzərində möhtəşəm şounu intizarla gözləyən Britaniya at həvəskarları tərəfindən həmin gün "Hampton Court" kral sarayının ərazisindəki atçılıq mərkəzində tuncdan hazırlanmış "Alxan" ləqəbli Qarabağ atı heykəlinin qoyulması xəbəri böyük maraqla qarşılanmışdır.
London mərkəzindən 19 km məsafədə yerləşən "Hampton Court" kral sarayının inşasına 1515-ci ildə başlanılmış və Kral VIII Henrinin yaxın əyanlarından olan kardinal Tomas Volsi üçün tikilmişdir. Bu möhtəşəm imarət Böyük Britaniyanın qədim saraylarından biridır. Böyük Britaniyanın ən qədim Atçılıq mərkəzi məhz bu sarayın ərazisində yerləşir. 1528-ci ildə qurulan mərkəz bu gün də kraliçaya məxsus atların yetişdirilməsi, təlimlərinin keçirilməsi və saxlanması üçün fəaliyyət göstərir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Qarabağ atları 2016-cı ildə Kraliça II Yelizavetanın 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla çıxış edərək bir daha dünyanı heyran etmişdilər.
Azərbaycanın Qarabağ atlarının 10-13 may 2018-ci il tarixlərdə Kral Vindzor At Şousunun 75 illik yubileyinə və Britaniya Kraliçası II Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə möhtəşəm şou proqramları böyük coşqu və heyrətlə qarşılanmışdı. Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Yelizavetanın doğum gününə tuncdan hazırlanmış "Alxan" ləqəbli Qarabağ atı heykəlini hədiyyə olaraq təqdim etmişdi.
19 dekabr 2018-ci il tarixdə həmin heykəlin "Hampton Court" Kral Sarayında açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev, Kral Sarayının rəhbəri Lord Vesti, Kraliça atlarının rəhbəri Tobi Brouni, Vindzor At Şousunun direktoru Saymon Bruks Uard, Vindzor At Şousunun Departament rəhbəri Sara Ruterford Cons və digər rəsmi şəxslər iştirak etmişlər.
Lord Vesti açılış mərasimində çıxış edərək 2012-ci, 2016-cı və 2018-ci illərdə Vindzor Kral At Şousu tədbirlərinə böyük dəstəyinə görə Azərbaycana minnətdarlığını bildirmişdir. Eyni zamanda Kraliça II Yelizavetanın hədiyyəyə görə dərin təşəkkürünü çatdıraraq heykəlin yerinin Kraliça tərəfindən seçildiyini qeyd etmişdir.
Azərbaycan Respublikasının Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali dəstəyi sayəsində Azərbaycanın Qarabağ atlarının dünya miqyasında şöhrətinin və nüfuzunun artmasını, Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında atçılıq sahəsində əməkdaşlığın dünya atçılığına ciddi töhfəsini verməsini, bu münasibətlərin ildən ilə daha da genişlənməsindən məmnunluğunu ifadə etmişdir.
Qeyd edək ki, 21 dekabr tarixində Azərbaycan nümayəndə heyəti Olimpiya London Beynəlxalq At Şousunda möhtəşəm şou proqramla çıxış edəcəkdir. Azərbaycan Respublikası Atçılıq Federasiyasının hazırladığı bu proqram "Odlar yurdu Azərbaycan və Qarabağ Atı" adlanır. Bu həyəcanverici şou proqram Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində möhtəşəm hərəkətlər göstərən Süvarilər dəstəsinin və rəqs ansamblının çıxışlarından ibarət olacaqdır.
Zəfər Tağı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
XƏBƏR LENTİ
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)





