Ekspert: "Nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın terrorçuluqla mübarizədə apardığı işlərə böyük önəm verir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan bütün beynəlxalq təşkilatlar qarşısında öhdəliyini yerinə yetirən qabaqcıl ölkələr sırasında yer alıb. Xüsusilə terrorçuluğa qarşı mübarizədə daim öz fəallığı ilə seçilib və bu bir faktdır ki, Azərbaycanın özü terrordan əziyyət çəkən ölkədir və beynəlxalq terrorizmə qarşı mübarizədə bütün əməkdaşlıqlarda yer alıb, terrorla mübarizə təşkilatları ilə həmrəylini, əməkdaşlığını artıq uzun illərdir ki, uğurla davam etdirir".
Milli.Az xəbər verir ki, bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Avropa Şurasının MONEYVAL Komitəsinin ölkəmizin terrorçuluqla mübarizədə əldə etdiyi uğurlarını sübut edən qiymətləndirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əbəs deyil ki, Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və apardığı mübarizənin müsbət nəticələr əldə etdiyini təsdiqləyib:
"Bu faktın özü həm də belə deməyə kifayət qədər zəmin yaradır ki, artıq aparıcı dünya dövlətləri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın istər terrorçuluqla mübarizədə, istərsə də digər məsələlərdə apardığı işlərə böyük dəyər və önəm verməkdədirlər. Eyni zamanda, daha bir faktı xatırlatmaq istərdim ki, bu günlərdə Dünya İqtisadiyyatı İnstitunun "Qlobal Terrorçuluq İndeksi" hesabatında Azərbaycan reytinq cədvəlində 98-ci yeri tutmaqla, regionda lider ölkə kimi qeydə alınıb. Bu reytinq cədvəlində terror təhlükəsi olan ölkələr ilk sıralarda, terror təhlükəsi olmayan ölkələr isə daha aşağı sıralarda yer alıblar".
Ekspert digər bir mühüm məsələyə də toxunaraq bildirib ki, Azərbaycan terrorla mübarizə aparan ölkə olmaqla yanaşı, həm də sabitlik və təhlükəsizlik məkanıdır:
"XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - "Bakutel 2018" ilə tanışlığı zamanı Prezident İlham Əliyev "Rossiya 24" telekanalına müsahibəsində Azərbaycanın turizm potensialından bəhs edərkən, ölkəmizi dünyanın ən təhlükəsiz yerlərindən biri olduğunu xüsusilə vurğuladı. Məhz belə mühüm faktorlardan bu nəticəyə gəlmək olar ki, Azərbaycan istər terrorla mübarizədə, istərsə də təhlükəsizliyin təmin olunmasında öz liderlik mövqeyini qoruyub saxlayır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
XƏBƏR LENTİ
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)





