Ölkə

Namaz qılarkən bıçaqlandığı deyilən keçmiş polis görün haradan çıxdı - FOTO

27 Oktyabr 2018 10:00
18 Şərh     Baxış: 8 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xəzər" telekanalında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişində keçmiş polis əməkdaşı Fuad Qazax oğlu Həsənovun axtarışı zamanı maraqlı detallar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, aparıcı Xoşqədəm Fuadın Gülnar adlı qadının yanında olduğunu bildirib.

Onu da əlavə edək ki, Fuad Sultan adlı qadınla ailəli ola-ola Gülnarla evləndiyi deyilir.

Qeyd edək ki, F.Həsənovun atası Qazax Həsənov keçmiş gəlini Sultan Həsənovanı oğlunun itkin düşməsində təqsirli bilib. Qayınata iddia edib ki, S.Həsənova oğlu ilə evli olarkən onu bıçaqlayıb:

"Oğlum dedi ki, ata, mən namaz qılanda Sultan bıçağı böyrümə soxdu. Amma bıçaq yarasının yerini mənə göstərmədi".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.