Məktəb direktoru "düz yol"undan döndü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Binə qəsəbəsi S.Abbasov adına 117 saylı tam orta məktəbinin "2s" sinfində şagird sıxlığı ilə bağlı valideynlərin Milli.Az-a şikayət məktubları daxil olub.
Belə ki, valideynlər bu sinifdəki şagird sıxlığına məktəb direktoru tərəfindən bir əncam çəkilməsini istəyərək, ən azından bir neçə şagirdin digər siniflərə köçürülməsini tələb ediblər.
Xatırladaq ki, məqaləni hazırlayarkən məktəb rəhbərliyi ilə əlaqə saxlasaq da, direktor açıqlama verməkdən imtina edərək bildirib:
"Bizim ixtiyarımız yoxdur ki, media nümayəndələrinə məktəb barədə məlumat verək. İstəyirsizsə, məktəb barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən soruşa bilərsiz".
Lakin, məsələ tərəfimizdən işıqlandırıldıqdan sonra məktəbdən "ixtiyarımız yoxdur" deyilən daxili məsələ ilə bağlı cavab məktubu gələrək valideynlərin şikayətlərinin əsassız olduğu iddi edilib:
"Məktəbin ikinci siniflərində 14 sinif komplekti üzrə 420 şagird təhsil alır. Bu siniflərdən ikisi sağlam təhsil sinifi olduğu üçün hər birində 24, digər iki sinifdə isə yeni işə qəbul olan müəllimlər olduğu üçün təcrübəli müəllimlərlə müqayisədə daha az şagirdin təhsil alması məqsədəuyğun hesab edilib".
Lakin valideynlər bildirir ki, məqalədən dərhal sonra Aygün Ağayevanın rəhbəri olduğu "2s" sinifində şagirdlərin sayı 35 nəfərdən 29 nəfərə endirilib. Beləliklə "2s" sinifindəki şagird sıxlığı probleminə son qoyulub.
Sonda qeyd etmək lazımdır ki, məsələnin şagirdlərin xeyrinə həll olunması və narazılığın bitməsi sevindirici haldır. Maraqlıdır ki, bizi "məsələnin yanlış şəkildə ictimailəşdirilməsində" günahlandıran və açıqlama verməkdən imtina edən məktəb rəhbərliyini sonda öz "doğru" bildiyi qərarından döndərən səbəb nə olub.
Afaq Rza
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto/Video)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi





