Bakıda eşşək ferması yaradılıb, südü satılır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır.
Milli.Az xəbər verir ki, bu haqda "Yeni Müsavat" məlumat yayıb. Artıq sosial şəbəkələrdə "Donkey milk" adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir.
Qəzetin əməkdaşı elanla bağlı adıçəkilən qurumla əlaqə saxlayıb. Ümid adlı şəxs bildirib ki, artıq Azərbaycanda da ilk eşşək ferması yaradılıb və burada istehsal olunan südün qiyməti o qədər də baha deyil: "Bizim ferma Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşir. Qeyd edim ki, bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Buradakı heyvanlarımızın hamısı həkim nəzarətindən keçib, peyvənd olunub. İstehsal etdiyimiz süd isə standartlara uyğun qablaşdırılır, bu barədə sertifikatımız da var.
Qiymətə gəldikdə isə, süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 16 manat, 500 qramlıq süd isə 40 manatdır. Hətta 500 qramlıq süd alan müştəriyə 200 qram süd hədiyyə veririk.
Eşşək südü almaq istəyən şəxs fermamıza müraciət edə və yaxud ünvanına sifariş edə bilər".
.jpg)
Qida Təhlükəsizliyi Agentliyi qəzetə bildirib ki, həmin fermanın mövcud olub-olmaması, istehsal etdiyi məhsulla bağlı məsələ aydınlaşdırılıb, tezliklə açıqlama veriləcək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, ölkəmizdə eşşək südünün satılması yolverilməzdir: "Bunun əleyhinəyəm. Avropanın, Afrikanın ən əcaib ənənələri artıq Azərbaycana da gəlir. Çox təəssüflər olsun ki, son vaxtlar eşşək ətinin, südünün lobbisini, təbliğatını aparan insanlar peyda olub və mən bunu anormallıq hesab edirəm".
E.Hüseynov deyib ki, ölkəmizdə istehlakçı istədiyini yeyə bilər, qanun bunu qadağan etmir, yəni istehlakçı seçimində azaddır: "Lakin bu o demək deyil ki, İslam ölkəsi olan Azərbaycanda bu cür ət və süddən istifadə olunsun.
Düşünürəm ki, ölkəmizdə belə bir fermanın yaradılması doğru deyil".
Amma təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsədin sözlərinə görə, eşşək südünün faydası misilsizdir: "Eşşək südü əsasən göy öskürəyin müalicəsində misilsiz effektə malikdir. Bu səbəbdən qardaş Türkiyədə eşşək fermaları yaradılıb, onun südünün istehsalı aparılır. Məlum olduğu kimi, dünyada müxtəlif xəstəliklərin müalicəsində eşşək südündən istifadə edilir. Azərbaycanda isə bu südə hələlik yalnız göy öskürəyin müalicəsi zamanı müraciət edilir".
Seyfəddin həkim Bakıda eşşək fermasının yaradılmasını təqdir etdiyini dedi: "Çünki insanlar bu südü əldə etməkdə artıq çətinlik çəkməyəcəklər. Həmçinin heyvanların sayının artırılması südün qiymətinin də getdikcə aşağı düşməsinə təsir edəcək".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
İnvestorlara daha bir imkan: Azərbaycanda yeni mexanizm işə düşür
-
Göyçayda narkotik əməliyyatı: 51 bitki və 2 silah götürüldü
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Video)
-
Hərbi toplanış kimlər üçün məcburi deyil?
XƏBƏR LENTİ
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
İnvestorlara daha bir imkan: Azərbaycanda yeni mexanizm işə düşür
-
Göyçayda narkotik əməliyyatı: 51 bitki və 2 silah götürüldü
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Video)
-
Hərbi toplanış kimlər üçün məcburi deyil?
-
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - (Foto)
-
"Atletiko" ona 150 milyon avro qiymət qoydu
-
İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
-
“Hadrut fatehi”nin xanımı da tələbə oldu - (Foto)
-
Bu il 34 şəhid övladı universitetə qəbul oldu - Siyahı
-
Metro bu gecə gec bağlanacaq
-
Xəbər vermədən övladını sinifdə saxladılar - (Video)
-
Çində robot Usain Boltun rekordunu geridə qoydu - (Foto)
-
Qaradağda 45 yaşlı kişini tok vuraraq öldürdü
-
“Tvente” "Qarabağ"la oyun öncəsi futbolçusu ilə bağlı qərar verdi
-
Bakıda bədbəxt hadisə: 8 yaşlı uşaq “reşotka”nın arasında boğulub öldü
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
-
Şəhid yoldaşı ali məktəbə qəbul oldu
-
Bülent Ersoy konsertdə tamaşaçıları təhqir etdi - (Video)
-
Xəstəxanaya yerləşdirilən Xosedən diqqətçəkən addım - (Foto)
-
“Bəşəriyyət yox olur”
-
"Qalatasaray" axtardığı hücumçunu bundesliqada tapdı
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar - (Foto)





