Ölkə

Müsadirə edilmiş qızıl əşyalar hərraca çıxarıldı

22 Sentyabr 2018 16:29
0 Şərh     Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət nəfinə müsadirə edilmiş qızıl və gümüşləri hərraca çıxarıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, müsadirə edilmiş zinət əşyalarının özəlləşdirilməsi üçün hərrac 26 oktyabr tarixində həyata keçiriləcək.

Hərraca 158 ədəd qızıl-zinət əşyası çıxarılıb. Qızılların ilkin start qiyməti 30348.54 manatdan başlayır. Əldə etmək istəyənlər əvvəlcə 10 faizini, yəni 3034.86 manatını ödəməlidir.

Hərraca çıxarılan gümüş məmulatları 13.358 ədəddir. Gümüşlərin ilkin start qiyməti isə 18.965 manatdan başlayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.