Assosiasiya: Azərbaycanın şərab istehsalçıları Avropa, Afrika və Şimali Amerika bazarlarını hədəfləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2018-ci ildə Azərbaycanda şərab istehsalı ötən illə müqayisədə 50 faiz arta bilər.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.
E.Mədətov bildirib ki, ötən il beş milyon butulka şərab və digər məhsul istehsal olunub:
"Bu il biz orta hesabla 50 faiz artım gözləyirik. Bəzi məhsul növlərində artım daha da çox ola bilər".
Assosiasiya sədrinin sözlərinə görə, 2018-ci ilin birinci yarısında Azərbaycan 3,3 milyon butulka şərab ixrac edib:
"Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur. İxrac coğrafiyasının genişlənməsinə gəldikdə isə, biz çoxdan Mərkəzi Asiya və Baltikyanı ölkələr bazarına çıxmağı istəyirik. Biz Azərbaycanın Riqadakı Ticarət Evinə, həmçinin Qazaxıstana ixrac missiyasına və Aktauda Ticarət Evinin açılmasına ümid bəsləyirik".
E.Mədətov qeyd edib ki, ixrac coğrafiyasının genişlənməsi istiqamətində konkret iş aparılır:
"Son üç ay ərzində biz Çin, Belarus və Almaniyaya səfər etmişik və fəal şəkildə Azərbaycan məhsulunu reklam etmişik. Bizim artıq Belarusdan müraciətlərimiz var və hesab edirəm ki, bu Azərbaycan şərab və konyakları Belarus bazarına qayıdacaq. Bizim məhsulumuza Avropada da böyük maraq var. Məhsulumuz Avropaya ixrac olur, amma ixrac həcmi yüksək deyil".
O əlavə edib ki, ölkədə şərab istehsalçılarının əsas məqsədi ixrac coğrafiyasının genişləndirilməsidir:
"Biz bir və ya iki bazardan asılı ola bilmərik, ona görə də daim yeni bazarlar axtarmalıyıq. Bir neçə il əvvəl Azərbaycanda şərabçılıq yaranmağa başlayanda bütün istehsalçılar postsovet ölkələrinə yönəlmişdi. Amma bu gün biz Avropa, Afrika və Şimali Amerika bazarlarını hədəfləyirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
XƏBƏR LENTİ
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident İlham Əliyev Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb
-
"Həzi Aslanov" stansiyası açıldı - (Yenilənib)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir





