Ölkə

Bakıda avtobus marşrutlarında GEDİŞ HAQQI CƏDVƏLİ açıqlandı - RƏSMİ

1 Avqust 2018 13:30
13 Şərh     Baxış: 25 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) şəhərdaxili, şəhərətrafı, qəsəbələrarası və qəsəbədaxili müntəzəm marşrutlar üzrə Tarif Cədvəlini açıqlayıb.

BNA əlavə olaraq qeyd edir:

1. Şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) yuxarıda göstərilən tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir.

2. 125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.

3. "28 May" metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.