Ölkə

Gəncə sakini qohumunun üzərinə benzin töküb yandırdı

14 İyun 2018 09:55
0 Şərh     Baxış: 1 532
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib. 

Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb.  

Müxtəlif yanıq xəsarətləri alan F.Əmiraslanov xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, F.Əmiraslanov hadisəni törədən şəxsin bacısı qızının qaynatasıdır və hadisəyə ailələr arasında olan münaqişə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.