Cəbhəyanı kəndlərin də yolları yenidən qurulur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimiz daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində dövlət başçısınının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında yolların yenidən qurulması prioritet məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulub və qurulmaqda davam edir.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, bu il təkcə Füzuli rayonunda 5 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmaq üzrədir. Söhbət Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışa imkan verən və 13,5 km uzunluğunda olan Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq marşrutu üzrə 5 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yolundan gedir.
Yolun uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmaması səbəbindən yolların geyimi və yolun əsası, həmçinin, torpaq yatağı deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır. Məhz buna görə yolların yenidən qurulması həmin ərazidə yaşayan 15 minə yaxın əhalinin ürəyincə olub.
Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq avtomobil yolu IV texniki dərəcəyə uyğun 2 hərəkət zolağı enində yenidən qurulur. Yolun hərəkət hissəsi 6 m, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 m olmaqla, yol yatağının eni 10 m təşkil edir.
Layihə çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Texnoloji ardıcıllığa uyğun olaraq, hazırda optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlər 150 min kv.m-dən artıq ərazini əhatə edir.
Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün yenidən bərpa olunub, zəruri olan yerlərdə yeniləri qurulub. Belə ki, avtomobil yolu boyunca müxtəlif diametrli 356 p/m uzunluğunda dəmir beton boruların quraşdırılması və başlıqlarının dəmir-betonla tikilərək izolyasiyası işləri aparılıb, 62 kv.m körpü məhəccəri sıradan çıxdığı üçün yenisi ilə əvəz olunub.
Tikinti norma və qaydalarına uyğun olaraq torpaq işləri yekunlaşan ərazilərdə artıq asaltlanma işlərinə start verilib. Hazırda əlaqələndirici bitum səpilməklə yolun 80 min kv.m-ə yaxın sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində isə yolda hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, 104 ədəd yol nişanı və yol göstərici lövhə, 14 ədəd km göstəricisi və 462 ədəd siqnal dirəyi quraşdırılacaq, 40 km uzunluğunda üfiqi nişanlanma xətləri çəkiləcək.
Ümumilikdə cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
Yusif Nəsirli
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
XƏBƏR LENTİ
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib





