DGK-dan keçid məntəqələrindəki sıxlıq xəbəri ilə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Gömrük Komitəsi bəzi KİV-lərdə yayılan həqiqətə uyğun olmayan məlumatlara münasibət açıqlayıb.
DGK-dan Milli.Az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində xaricdən ölkə ərazisinə gələn yük nəqliyyat vasitələrindən gömrük orqanlarının gömrük vergi və rüsumlarından əlavə qeyri-qanuni rüsumlar tələb etdiyinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Yayılan məlumatda o da bildirilir ki, guya bəzi sahibkar və sürücülər tələb olunan vəsaiti verməkdən imtina etdikləri üçün onlara aid nəqliyyat vasitələri sərhəd-gömrük keçid məntəqələrindən buraxılmayıb və bu da məntəqələrin qarşısında sıxlığın yaranmasına səbəb olub.
Dövlət Gömrük Komitəsi bildirir ki, nəqliyyat vasitələrinin gömrük sərhədindən keçmə prosesi mövcud qanunvericiliyə görə tənzimlənir, gömrük sərhədindən keçən mal və nəqliyyat vasitələrinə görə yalnız qanunvericilikdə nəzərdə tutulan vergi və rüsumlar ödənilməlidir. Üstəlik hazırda ölkənin sərhəd-gömrük keçid məntəqələrində istər avtomobil, istərsə də sərnişin sıxlığı müşahidə olunmur və yayılan məlumatlar həqiqətə uyğun deyil. Hər hansı fakta söykənməyən bu xəbərlərin yayılması isə qərəz və ya naşılığın əlamətidir.
Eyni zamanda, bu gün bəzi kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarını pozan, Yol Patrul Xidməti əməkdaşlarının saxla əmrinə tabe olmayan və qəza törədən Adıgözəlov Elvin Nüsrət oğlu adlı şəxs barədə məlumat yayılıb, həmin məlumatda Elvin Adıgözəlovun Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan Nüsrət Adıgözəlov adlı şəxsin oğlu olduğu iddia edilir.
Dövlət Gömrük Komitəsi bildirir ki, ümumiyyətlə, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmir və bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi





