Ölkə

Bakının əsas dairələrindən birində hansı dəyişikliklər olacaq? - Təfərrüat

9 Mart 2018 14:26
0 Şərh     Baxış: 4 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən körpüyə (keçmiş Karl Marks dairəsi) əsas girişlərdən birinin bağlanması demək olar ki, bu ərazidə nəqliyyatın hərəkətindəki tıxacı aradan qaldırıb. 

Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a Azərbaycan Dövlət Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA )bildiriblər.

Daha əvvəl isə xəbər verilmişdi ki, bu tədbir Bakının yol hərəkəti təhlükəsiyliyi komissiyası və AAYDA-nın birgə qərarı əsasında adıçəkilən ərazidə avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

"Körpüyə keçmiş Karl Marks heykəli tərəfdən giriş (Ayna Sultanovanın heykəli istiqamətində, yerüstü piyada keçidinin yaxınlığında) tamamilə beton bloklarla bağlanıb və yaxın zamanlarda açılmayacaq.  Görülən tədbirlər nəticəsində yolun bu hissəsində baş verən qəza hadisələri gözəçarpacaq dərəcədə açılıb. Hazırda sürücülər Ziya Bünyadov prospektinə çıxmaq üçün alternativ və daha təhlükəsiz yollardan istifadə edir," - deyə bildirən mənbə qeyd edib ki, gələcəkdə Karl Marks dairəsində nəqliyyatın təhlükəsiliyini qorumaq üçün işıqforlar da quraşdırıla bilər.

Qeyd edək ki, paytaxtın ən çox sıxlıq olan yollarından biri - Heydər Əliyev prospektində də nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müəyyən dəyişikliklər edilib.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqladığı ilkin məlumata görə, bu il fevralın 5-dən 6-na keçən gecə Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (keçmiş Karl Marks dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bağlanıb və avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Əli Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldilib.

Bildirilirdi ki, təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bu üzdən sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunurdu.

Yusif Nəsirli

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.