Bakıda ilk - Dünyanın ən böyük macəra və idman foto sərgisi paytaxtımıza gəlir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Red Bull Illume" foto sərgisinin davam edən dünya turnesinin növbəti dayanacağı Bakı şəhəri olacaq.
Milli.Az xəbər verir ki, sərgidə işıqlandırma mövzusuna uyğun olaraq "Image Quest 2016"nın finalçı 55 fotoşəkli 2x2 metrlik işıq qutuları üzərində nümayiş olunacaq. Dünyanın möhtəşəm macəra və idman foto müsabiqəsində, həmçinin, bu ilin noyabrında Azərbaycanda keçirilən Milli Mobil Müsabiqədə iştirak edən və qalib gələn 5 fotoşəkil təqdim ediləcək. Bu qaliblər 19 dekabr 2017-ci il tarixində keçiriləcək rəsmi açılış gecəsində elan olunacaq. Onlar "Irshad Telecom" və Bakı Şəhər Halqasından dəyərli hədiyyələr qazanacaqlar. Təşkilatçılar Bakı turunun unudulmaz bir sərgi kimi yaddaşlara həkk olunacağına söz verirlər.

Sərgi Bakının mərkəzində, ecazkar memarlıq nümunəsi olan və müasirliklə yanaşı, Azərbaycan xalqının zəngin mədəni irsinin yeni rəmzi hesab edilən Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək.
Qeyd edək ki, sərgi 19 dekabr 2017 - 15 yanvar 2018-ci il tarixləri arasında, hər gün saat 17:00-dan 23:00-dək açıq olacaq. Girişin hər kəsə sərbəst olduğu sərgi çərçivəsində həftəsonları əlavə əyləncəli proqramlar da təşkil olunacaq.

Xatırladaq ki, "Red Bull Illume" macəra və idman növlərinə həsr edilən dünyanın ən böyük beynəlxalq foto müsabiqəsidir. Ən yaradıcı və həyəcanverici fotoşəkilləri unikal incəsənət nümunəsi kimi təqdim edən müsabiqənin əsas məqsədi cəmiyyəti idman və macəraya daha da yaxınlaşdırmaqdır. "Red Bull Illume Image Quest 2016" 2007, 2010 və 2013-cü illərdən sonra keçirilən dördüncü müsabiqədir. 2016-cı ildə müsabiqəyə yeni "Mobil" kateqoriya əlavə edilib.

"Red Bull Illume Image Quest 2016"ya 120 ölkədən 5645 fotoqrafın rekord sayda - 34624 fotoşəkli təqdim edilib. "Red Bull Illume" qaliblərinin ABŞ-ın Çikaqo şəhərində keçirilən mükafatlandırma mərasimində 53 fotoredaktordan ibarət münsiflər heyəti 55 finalçı, 11 kateqoriya üzrə qalib və 1 ümumi qalibi müəyyən ediblər. Müsabiqədə alman fotoqraf Lorenz Holder atlet Senad Qrosikin payızda Almaniyada körpü üzərində "BMX" velosipedi sürdüyü zaman çəkdiyi şəkli ilə ikinci dəfə qalib olub.
Müsabiqə və sərgi haqqında daha ətraflı məlumatı redbullillume.com resursundan əldə etmək olar.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
-
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - (Foto)
-
“Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı“
-
Ukraynaya 9,2 milyard dollarlıq yardım ayrılacaq
-
Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar - Prezident Şavkat Mirziyoyev
-
Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir - Şavkat Mirziyoyev
-
Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev
-
Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev
-
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - (Video/Foto)
-
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - (Video/Foto)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
-
Hazal Kaya “Uzak şehir” serialından imtina etdi
-
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib - (VİDEO)
-
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - (Yenilənib/Video/Foto)
-
Cəlilabadda avtomobil yandı
-
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb (VİDEO)
-
“Sabah” – “Hapoel” oyununa hakim təyinatları açıqlandı
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - (VİDEO)
-
Qazaxıstanın vitse-prezidentinin adı 7–10 gün ərzində açıqlanacaq - Tokayev





