Bakıda cinayətkar kameralardan necə qaçdı? - FOTOFAKT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 9-u təxminən axşam saat 7-8 radələrində Bakının Mehdiabad qəsəbəsinin "Gənclər Şəhərciyi" ərazisində Rəşad Şükürovun avtomobillə vurulması barədə məlumat vermişdik.
Məsələ burasındadır ki, şübhəli qismində hələ də saxlanılan yoxdur və Binəqədi Rayon Polis İdarəsi cinayət hadisəsini araşdırmaqdan imtina edib. Bunu cinayət işini araşdıran sözügedən polis idarəsinin müstəntiqi Mehdiyev Ramil ötən həftənin 4-cü günü Rəşadın ailəsi ilə görüşərkən deyib. O, bu addımı ərazinin Binəqədiyə yox, Abşeron rayonuna aid olduğunu və buna görədə cinayət işini gələn həftənin I günündən (yəni, bu gün) Abşeron Rayon Polis İdarəsi araşdıracağını bildirib. Lakin keçən həftənin 6-cı günü Rəşadla bağlı hazırladığımız bundan öncəki yazıdan sonra Binəqədi Rayon Polis İdarəsinin istintaq-araşdırma şöbəsindən redaksiyaya gələn zəng zamanı cinayət işinə fasilə vermədən araşdırdıqları barədə məlumat veriblər.
Bəs "bağlı cinayət" hesab etdiyi olayı araşdıran müstəntiq noyabrın 9-dan 22-nə kimi nə işlə məşğul idi?

Rəşad Şükürovun vurulduğu yer
Rəşad Binəqədi-Novxanı yolunda avtomobillərin hərəkəti istiqamətində arxadan gələn avtomobillə vurulub. Bunu Rəşad ifadəsində "Maşın arxadan vurdu, ona görə də heçnə görmədim" sözləri ilə bir daha təsdiq edib.

Milli.Az sözügedən ərazidə Rəşadın vurulduğu yerdən hərəkət istəqamətinin əksinə doğru müşahidə aparıb və bir sıra maraqlı məqamlar üzə çıxıb. Qəzanın baş verdiyi yerdən təxminən 150-200 metr geridə bir tikilidə maşın yoluna tuşlanmış kamera nəzərimizdən qaçmadı.

Həmin istiqamətdə I kameradan təxminən 70 metr qabaqda II kamera göründü. O da daha bir tikilidə maşın yolu istiqamətində quraşdırılıb. Belə düşünək ki, bu kameralar nasazdır və yaxud, artıq onların fəaliyyəti dondurulub.

Bəs II kameradan təxminən 150 metr - üzü Binəqədi istiqamətinə gedərkən dairədə DYP-nin quraşdırdığı 3 kamerada şübhəlini təyin etməyə kifayət etmədimi?

Binəqədi-Masazır yolundakı ("Gənclər Şəhərciyi"nin girişi) DYP-nin kamerasından Rəşad Şükürovun vurulduğu nöqtəyə qədər məsafə təxminən 400-450 metrdir. Yol nişanında göstərilən ərazidə sürət həddi 60 göstərilib. 60 sürətlə bu məsafəni (Dairədən Rəşadın vurulduğu yerə kimi - 450 metr) 35-40 saniyəyə avtomobillə qət etmək mümkündür.

İki şübhəli avtomobil varsa...
Sözügedən İdarənin işi araşdıran müstəntiqi və digər polis əməkdaşlarının Rəşadın ailəsinə bildirdiklərinə görə övladlarını vuran avtomobil açıq boz rəngli "Volksvagen" markalı minik maşını olub. Qəza anında "Volksvagen"in arxasınca gələn ağ rəngli "Opel" markalı avtomobil sürücüsü hadisə şahidi kimi polis idarəsində dindirilsə də sürücü qəzanı törədən avtomobilin nə nömrəsini gördüyünü, nə də həmin şəxsi tanıdığını deyib. Sözügedən "Opel" sürücüsü Rəşadın yaşadığı əraziyə yaxın - "Gənclər Şəhərciyi"ndə yerləşən "Qarabağ" marketin önündə taksi kimi fəaliyyət göstərib.
Maraqlısı orasındadır ki, Rəşadın vurulduğu həmin gündən sonra "Opel" sürücüsü də hər zaman çörək pulu üçün dayandığı ərazidən "yoxa çıxıb". Onu həmin ərazidə kimdən soraqladıq, gördüm deyən olmadı.
Həmin gecə Rəşadı vuran avtomobilin buferindən zərbənin təsirindən qırılıb düşən qalıq:

Cinayəti aşkara çıxarmaq üçün bu qədər detal varkən, polisin çətinlik çəkdiyi nədir?!
Təhməz Təkin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
XƏBƏR LENTİ
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi
-
Yaponiyada güclü zəlzələ oldu
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib - (Foto)
-
Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
Millimizin heyəti açıqlandı
-
Rəqsanə sənətdən gedir
-
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi
-
TƏBİB sədri onu işdən çıxardı - (Foto)
-
AFFA səkkiz komandaya texniki məğlubiyyət verdi
-
Şəhriyar Əbilov: "20 günə 50 min qazandım"
-
Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib





