Telefonla çəkdiyiniz bir şəkil sizi dünyada məşhur edə bilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İdman və macəraya həsr olunan dünyanın ən böyük beynəlxalq fotoşəkil müsabiqəsi olan Red Bull Illume Azərbaycana gəlir.
Milli.Az xəbər verir ki, Red Bull Illume 2016-cı ildə keçirilmiş müsabiqəyə 120 ölkədən 5645 fotoqraf rekord sayda - 34624 fotoşəkil təqdim edib. Münsiflər heyəti 55 finalçı, müxtəlif kateqoriyalar üzrə 11 qalib və 1 qalibi seçib.
Hazırda qalib fotoqrafların fotoşəkilləri Red Bull Illume Exhibit Tour çərçivəsində dünya üzrə səyahət edir və ölkəmizin paytaxtı Bakı şəhərinə üz tutub.

Qeyd edək ki, bu turnirdə Azərbaycanın həm həvəskar, həm də peşəkar fotoqrafları iştirak edə bilərlər. Təşkilatçılar, tədbirin tərəfdaşları Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Halqası ilə birlikdə "Red Bull Illume"nin dünya üzrə qalibləri sırasında nümayiş olunmaq şansı qazanacaq ən yaxşı fotoların axtarışındadır. Fotolar mobil telefonla çəkilməli, hərəkət və macəra əks etdirməlidir. Milli Mobil Fotoşəkil Müsabiqəsi - Red Bull Illume açıq havada keçirilən unikal gecə foto-sərgisində təqdim olunmaq imkanını yaradır. Bundan əlavə, müsabiqənin qalibləri 2018 Formula 1 Azərbaycan Qran prisinə bilet, mobil telefon və ya foto-texnika alınmasına kupon qazanacaqlar.
Ətraflı məlumatı almaq və müraciət üçün http://bit.ly/millifotomusabiqe linkinə daxil olmaq lazımdır.

İştirakçılar macəra və idman şəkilləri mövzusuna uyğun olaraq artıq müraciət etməyə və öz mobil şəkillərini göndərməyə başlaya bilərlər, Şəkil smartfon və ya planşet kimi istənilən portativ qurğuya çəkilə bilər. Fotoşəklin ölçüsü 8 meqapikseldən çox, faylın ölçüsü isə maksimum 10 mb olmalıdır. Qələbə üçün mübarizə aparan hər bir iştirakçı 5-ə qədər fotoşəkil təqdim edə bilər.
Müraciətlərin qəbulunun son günü - 22 noyabr tarixidir. Bundan sonra, Emin Məmmədov (incəsənət üzrə ekspert), Denis Klero (fotoqraf) və Şirin Məlikovadan (Xalça Muzeyinin direktoru) ibarət olan münsiflər heyəti 5 finalçını və Milli Mobil Fotoşəkil Müsabiqəsinin qalibini seçəcəklər.
Qeyd edək ki, Milli Mobil Fotoşəkil Müsabiqəsi çərçivəsində mobil telefonlar vasitəsilə ən yaxşı şəkillər əldə etmək üsullarına dair praktiki təlim də keçiriləcək. Bakı Şəhər Halqasının dəstəyi ilə keçirilən təlimdə "Red Bull Illume" beynəlxalq müsabiqəsinin qaliblərindən olan Denis Klero öz təcrübəsini bölüşəcək. Oktyabrın 21-də baş tutacaq təlimə qoşulmaq üçün http://redbull.az/denisklero linkinə daxil olaraq qeydiyyatdan keçmək mümkündür.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
-
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - (Foto)
-
“Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı“
-
Ukraynaya 9,2 milyard dollarlıq yardım ayrılacaq
-
Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar - Prezident Şavkat Mirziyoyev
-
Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir - Şavkat Mirziyoyev
-
Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev
-
Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev
-
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - (Video/Foto)
-
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - (Video/Foto)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
-
Hazal Kaya “Uzak şehir” serialından imtina etdi
-
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib - (VİDEO)
-
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - (Yenilənib/Video/Foto)
-
Cəlilabadda avtomobil yandı
-
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb (VİDEO)
-
“Sabah” – “Hapoel” oyununa hakim təyinatları açıqlandı
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - (VİDEO)
-
Qazaxıstanın vitse-prezidentinin adı 7–10 gün ərzində açıqlanacaq - Tokayev





