Ölkə

Babək haqqında yeni, fantastik film çəkilir - VİDEO

28 Avqust 2017 17:58
24 Şərh     Baxış: 6 431
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Babək 2020" filminin ilk tizeri ictimaiyyətə tədim edilib.

Milli.Az xəbər verir ki, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədov (LİMAF) öz öhdəsinə götürüb.

Rejissor Zaur Tahirsoy açıqlamasında bu filmin müasir standartlara cavab verəcəyini bildirib:

"Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Elə bu səbəbdən "Babək 2020" layihəsinə start verdik. Azərbaycanda bu layihənin öhtəsindən gələ biləcək potensial mütəxəsislər var. Sadəcə onlara imkan yaratmaq lazımdır. Mənim fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvətlik , həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Filmin qrafika ilə bağlı məsələlərinin həllini Famil Əsədov (LİMAF) öz üzərinə götürub. O, mövcud şərait yaradıldığı təqdirdə xarici filmlərdəkindən geri qalmayan görüntü əldə etmək mümkün olacağını deyib".


Çəkilişlərə peşəkar Azərbaycan aktyorlarıyla yanaşı əcnəbi aktyorların da dəvət edilməsinin planlaşdırıldığını deyən Z.Tahirsoyun fikrincə, onların yeni filminin də Sovet dövründə çəkilmiş məşhur "Babək" filmi kimi zirvələri fəth etməsi mümkündür.



Qrafist Famil Əsədov (LİMAF) isə qeyd edib ki, onlar bu layihə ilə Azərbaycan kino sahəsində bir ilkə imza atmış olacaqlar: "Bu filimdə LİMAF qrafika hissəsini öz üzərinə götürəcək. Əlavə edim ki, filimdə fantastikaya daha çox yer veriləcək".

Videonu izləmək üçün şəklə klikləyin:

Babək haqqında yeni film çəkilir
 

Qeyd edək ki, filmin 2020-ci ildə yayımlanacağı nəzərdə tutulur.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.