Rusiya

Şıxlinski 2 aylıq həbs olundu - yenilənib - VİDEO

16 İyul 2025 19:42
Baxış: 937
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

19:42

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir. Məhkəmə M. Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.

----------
18:57


Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu, barəsində hökumət nümayəndəsinə qarşı zorakılıq işi açılan Mutvalı Şıxlinski məhkəmədə hökumət rəsmisinə qəsdən zərər vurmadığını və baş verənlərdən təəssüfləndiyini bildirib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, o, növbətçi işçiyə niyə zərər vurulması ilə bağlı sualı cavablandırarkən deyib:

"Bu, qəsdən olmayıb. Onu görməmişəm, sağımda olub, sonradan məlum olub. Baş verənlərdən çox təəssüflənirəm".

----------
17:26

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq Rusiya İstintaq Komitəsinə aparılıb.

"İddia olunur ki, Mutvalı Şıxlınski polis əməkdaşına xəsarət yetirməyə cəhd edib".

Milli.Az xəbər verir ki, bu barədə Şahin Şıxlınskinin qohumu, tanınmış jurnalist Elçin Şıxlınski Modern.az-a bildirib.

O deyib ki, Şahin Şıxlınski barəsində cinayət işi açılmasından xəbəri yoxdur.

Qeyd edək ki, hazırda Mutvalı Şıxlinski İstintaq Komitəsində dindirilməkdədir. Onun iyulun 1-də Baku Plaza ticarət mərkəzinin qarşısında saxlanılması zamanı baş verən insidentlə bağlı izahatı alınır.

Bu gün Mutvalı Şıxlinskinin məhkəməyə çıxarılması gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.