Ölkə

Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir - DİM rəsmisi

16 İyul 2025 16:29
Baxış: 495
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, imtahanların məzmununda hər hansı dəyişiklik olanda, DİM adətən iki il əvvəldən məlumat verir:

"Ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında essəyə minimal bal tələbi qoyulsun".

N.Əliyev həmçinin magistraturada təhsil alan şəxslərin əmək bazarında olacağını diqqətə çatdıraraq qeyd edib ki, yaxşı olar ki, universitetlərdə bu təhsil pilləsi üçün dərslər axşam saatlarında keçirilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.