Ölkə

Həftəsonunadək hava necə olacaq?

16 İyul 2025 16:24
Baxış: 867
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Bildirilib ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında +35 dərəcədən +38 dərəcəyədək, bəzi yerlərdə +40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda, Aran rayonlarında +36 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +41, dağlıq rayonlarda isə +33 dərəcəyədək olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.