Ölkə

Tanınmış aparıcı İTV-dən getdi

31 İyul 2017 12:55
0 Şərh     Baxış: 1 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Kamran Quliyev İTV-dəki işindən ayrılıb.

Milli.Az xəbər verir ki, bu haqda o, axşam.az-ın əməkdaşı ilə söhbətində deyib.
 
Kamran getməyinin səbəbini də açıqlayıb:


 
"Artıq 1 aydır ki, işdən çıxmışam. Qarşılıqlı danışma, razılaşma yolu ilə belə addım atdım. İctimai kanalda maraqlı layihələr etdim. Amma izlənmədi. Həmin verilişləri hansısa baxımlı kanalda etsəydim, indi küçədə məni tanımayan olmayacaqdı".
 
K.Quliyev yeni mövsümdə efirdə fərqli bir formatda verilişlə görünəcəyini söyləyib:
 
"Artıq proqramlarım sahibi olduğum "KA Media" prodakşında hazırlanacaq. Burada şərt deyil ki, aparıcı kimi mən görünüm. Daha səviyyəli, maraqlı iki veriliş gəlir. Əvvəl düşünürdüm ki, sentyabrda efirə çıxım. Amma daha keyfiyyətli layihə əldə etmək üçün proqramım bir az gec təqdim olunacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.