Ölkə

"Daşınar əmlakın yüklülüyü haqqında" qanun qəbul olundu

2 May 2017 14:38
0 Şərh     Baxış: 6 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası qanununun layihəsi bu gün Milli Məclisdə qəbul olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qanun layihəsi kredit alınması zamanı girov qismində avadanlıq və digər daşınar əmlakın istifadəsinin sadələşdirilməsinə imkan verəcək.

Qanun layihəsində yüklülük predmetinin satışı, satışdan əldə olunan gəlirlərin paylaşdırılması, daşınar əmlakın qeydiyyat qaydaları və digər məsələlər əksini tapıb.

Daşınar əmlak reyestri kredit təşkilatlarına girov qismində təqdim olunan obyektin digər borcla bağlı girov obyekti olub-olmadığını müəyyənləşdirməyə imkan verəcək.

Qanun çərçivəsində xüsusi portal yaradılacaq və bu portal vasitəsilə hər kəs öz daşınar əmlakını qeydiyyata alaraq gələcəkdə girov qismində istifadə edə biləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.