MM-dən Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin ETİRAZ
Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar.
Bu barədə Milli.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qətnamədə Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ, əslində inkar edilir. 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı yalnız Qarabağ ərazisində fəaliyyət göstərən Ermənistan ordusunun qalıqlarına və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlmişdi və beynəlxalq hüquqa tam uyğun idi. Bu əməliyyatın gedişində heç bir mülki şəxsə ziyan vurulmamış, dini və ya mədəni abidələr zədələnməmişdir.
Belçika parlamenti üzvlərinin Azərbaycanı "müharibə cinayətlərində" və "insan hüquqlarının pozuntularında" ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır. Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxlanılmasının, bu dövrdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlərin, soyqırımı aktlarının, etnik təmizləmə nəticəsində 750 min azərbaycanlının öz vətənində didərgin salınmasının, şəhər və kəndlərimizin dağıdılmasının, milli, mədəni, dini və tarixi mirasımızın talan və təhqir edilməsinin üzərindən sükutla keçilmişdir. Əvəzində isə öz torpağında sülhü və ədaləti bərqərar etməyə çalışan Azərbaycan haqsız hücumlara məruz qoyulmuşdur.
Qətnamənin "qanunsuz həbslər" ilə bağlı hissəsinə gəlincə, xatırlatmaq yerinə düşər ki, hazırda Bakıda məhkəmə istintaqına cəlb edilən erməni milliyyətli şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər. Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır və amansız rəftarla bağlı heç bir şikayət yoxdur. Bunun əksinə olan iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyildir.
Bu da təəssüflə qeyd edilməlidir ki, qətnamədə Ermənistandan kütləvi surətdə deportasiya edilmiş və ya zorla qovulmuş yüz minlərlə azərbaycanlının dinc yolla ata-baba torpaqlarına qayıtmaq hüququnu nəzərdə tutan "Qərbi Azərbaycan" anlayışı ilə bağlı təxribatçı və yanlış təfsirə yol verilmişdir. Bu anlayış tarixi yaddaşına sadiq olan xalqımızın haqq-ədalət istəyini ifadə edir və beynəlxalq hüquqa tam uyğundur.
Qətnamədə bəyan edilmiş məqsədlərə zidd olaraq, bu sənəd sülh yaradılması səylərinə heç də kömək göstərmir. Son vaxtlar sülh gündəliyinin irəli aparılması üçün ciddi addımların atıldığı bir şəraitdə Belçika, İsveçrə kimi ölkələrin parlamentlərində, Avropa Parlamentində erməni diasporu ilə əlaqəsi olan qüvvələr sülh prosesini pozmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar.
Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının üzvlərini obyektiv yanaşmaya əsaslanmayan bu cür sənədlərin qəbulu praktikasından əl çəkməyə, beynəlxalq hüquq prinsiplərinə və normalarına, regionun bütün xalqlarının hüquqlarına hörmətlə yanaşmağa, vəziyyəti gərginləşdirə bilən addımlardan çəkinməyə çağırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
XƏBƏR LENTİ
-
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
-
Həcc ziyarətinin qiyməti artacaq
-
Azərbaycanda ev qiymətinə samovar satışa çıxarıldı
-
Türkiyə MN Azərbaycanı təbrik etdi
-
“Məcburən işdən çıxarıldım” – 16 ildir işsiz qalan Sonaxanım hönkür-hönkür ağladı (Video)
-
İrandan Azərbaycana külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
-
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama
-
Nigar Camal özünə 420 min manata lüks avtomobil aldı – (Video)
-
Deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı
-
Dərsliklərlə bağlı müzakirələrə nazirlikdən açıqlama
-
DTX Dirçəliş Günü münasibətilə paylaşım edib - (Foto)
-
Bakıdakı məşhur avtosalon bağlandı - Yerində market açılacaq
-
Bu şəxslərə 1000 manatadək pul veriləcək - Qərar
-
Pensiya alanlara şad xəbər - Bu gün...
-
Aldatmayan təkcə Mark Zuckerberg qaldı
-
Evdəki bu əşyalar uşaqlar üçün ölümcül təhlükəyə çevrilə bilər - Nazirlikdən xəbərdarlıq
-
Gürcüstandan maşın gətirənlərə pis xəbər - Yeni rüsum tətbiq edildi
-
Bakıda səkkiz aylıq hamilə qadın öldü
-
Türkiyədə məşhur telekanala polis basqını - 4 nəfər saxlanıldı
-
Pərviz Bülbülənin səhnədə başına iş gəldi – (Video)
-
Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib - (Foto)
-
Gecə klubundan çıxıb dava etdilər - Maşını mağazaya çırpdı - (Video)
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib





