Bakıda polis intihar edən şəxsi necə xilas etdi? - Bütün qapılar döyüldü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda polis əməkdaşının ayıq-sayıqlığı, xidməti vəzifəsinə vicdanla və məsuliyyətlə yanaşması bir insan həyatının xilas edilməsi ilə nəticələnib.
DİN-dən Milli.Az-a verilən əmlumata görə, Sabunçu qəsəbə sakini, 38 yaşlı Şaiq İsgəndərov bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə öz fikirlərini paylaşaraq intihar etmək istədiyini bildirib. O, bu statusu yazandan sonra otağında özünə kəsici alətlə xəsarətlər yetirməyə başlayıb.
Şahin İsgəndərov intihara cəhd şəkillərini sosial şəbəkələrdə paylaşandan sonra huşunu itirir. Bu zaman sosial şəbəkədə Şaiqi izləyənlərdən biri Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə zəng edərək Sabunçu qəsəbəsində ünvanı dəqiq məlum olmayan şəxsin Facebook-da status yazaraq intihar etmək istədiyi barədə verdiyi məlumat ərazi üzrə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürülür. Bölmə əməkdaşları həmin şəxsin həyatını xilas etmək üçün təcili axtarışlara başlayır.
Qeyd edək ki, bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Bu səbəbdən polislər Şahin İsgəndərovun həyatını xilas etmək üçün həmin küçədəki bütün mənzillərin qapılarını döymək məcburiyyətində qalıblar. Hətta bəzi vətəndaşlar sosial şəbəkələrdə yazılan xəbərə bu cür operativ reaksiya göstərdiklərinə görə polisləri qınayıblar da. Amma ortada insan həyatı olduğundan bölmə əməkdaşları Şaiqin axtarışlarını sona qədər aparıblar. Maraqlı məqamlardan biri də bundadır ki, Şaiqlə eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub. Hadisənin baş verdiyi evi ilk olaraq tapan və Şaiq İsgəndərovun həyatını xilas edən şəxs isə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Ələsgər Hüseynov olub.
Qeyd edək ki, hadisənin baş verdiyi mənzilin yerləşdiyi küçə darısqal olduğundan təcili yardım avtomobili həmin yerə daxil ola bilməyib. Bu səbəbdən polislər Şaiq İsgəndərovun həyatını xilas etmək üçün onu təcili tibbi yardım avtomobilinə qədər əllərində aparmalı olublar.
Bir faktı nəzərinizə çatdıraq ki, Şaiq İsgəndərov paytaxt ərazisində yerləşən şirkətlərdən birinin əməkdaşıdır və o, kifayət qədər yüksək əmək haqqı alır. O, intihar etmək istəməsinin səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Ronaldo het-trik edərək 1000 qola yaxınlaşdı
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub
-
Skandinav ölkələri buna görə tualet kağızı istifadə etmirlərmiş
-
Xalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
-
"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə
-
Qadınlarda qocalmanı ləngidən əlçatan məhsul
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)





