Ölkə

Antiradardan istifadə edən sürücülər yüksək məbləğdə cərimələnəcəklər - VİDEO

3 Fevral 2017 11:03
4 Şərh     Baxış: 1 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi saytlarda vətəndaşlar tərəfindən antiradar və radar detektorlarının satışı barədə elan yerləşdirilib.

Milli.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, antiradar və radar detektorlarından istifadə edən sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, hər iki cihaz qanunla qadağan olunub.

Kamran Əliyev deyib ki, antiradarlar radarların işinə mane olduğuna, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Antiradardan istifadə edən sürücülər yüksək məbləğdə cərimələnəcəklər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.