Cəmiyyət

İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB - FOTO

18 May 2024 15:44
Baxış: 2 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, aprelin 16-da rayonun Yuxarı Salahlı kənd sakini F.Süleymanov polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.

Milli.Az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı açıqlama verib:

"Qazax Rayon Polis Şöbəsində müvafiq axtarış tədbirlərinə başlanılıb. Hazırda şəxsin yerinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir, tezliklə nəticəsi barədə məlumat veriləcək".

-------

12:35

Qazaxda 20 yaşlı qadın itkin düşmüş qadın hələ də tapılmayıb.

Aprelin 16-da rayonun Yuxarı Salahlı kənd sakini F.Süleymanov polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.

O qeyd edib ki, qızı, 10 may 2004-cü il təvəllüdlü Mehriban İsayeva aprelin 16-da evi tərk edib.

M.İsayeva naməlum istiqamətdə gedərək itkin düşüb.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma və axtarış işləri həyata keçirilir.

Axtarışda olan şəxs tanınmış aşıq Şaiq İncəlinin oğlu Kənan İsayevin həyat yoldaşıdır.

Hadisə ilə bağlı olaraq Qazax rayonunun Yuxarı Salahlı kəndinin sakini Famil Nüsrət oğlu Süleymanov Milli.Az-a müraciət edib.

O, bildirib: "Qızım, 10.05.2004-cü il təvəllüdlü İsayeva Mehriban Famil qızı ailəsi ilə yaşağıdı  Qazax  rayonu Kəmərli kəndində yerləşən evdən bu ilin aprelin 16-da gecə saatlarında naməlum şəraitdə yoxa çıxıb. Onun evdən qaçması ilə bağlı müxtəlif söz-söhbətlər gəzir. Lakin qızım tapılmayınca bu deyilənlər sadəcə, şayiədir. Fakt budur ki, qızımın gecə saatlarında naməlum şəraitdə ailəsi ilə yaşadığı evdən yoxa çıxmasından bir aydan da artıq müddət keçib, amma bu günə kimi nə ölüsü, nə dirisi tapılmayıb".

F.Süleymanovun sözlərinə görə, qızının yoxa çıxdığı gecənin ertəsi günü, səhər saatlarında Qazax rayon Polis Şöbəsinə və Prokurorluğa müraciətlər edib.

Onun axtarışı ilə bağlı əməliyyat axtarış tətbirləri aparılsa da indiyədək heç bir nəticə əldə edilməyib.

"Qızım Kəmərli kəndinin sakini aşıq Şaiq İncəlinin oğlu Kənan İsayevin həyat yoldaşıdır və birgə nikahdan bir azyaşı uşaqları var. Baş vermiş ailə faciəmizlə əlaqədar, qızımın müəmmalı şəkildə və şəraitdə yoxa çıxması ilə bağlı Qazax Rayon Polis Şöbəsində həyata keçirilən əməliyyat-axtarış fəaliyyətinin daha da səmərəli şəkildə təşkil olunması,  habelə qızımın axtarışı və bu istiqamətində ölkə səviyyəsində geniş miqyaslı əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verməsi üçün Baş Prokururluğa və Daxili İşlər Nazirliyinə tərəfimdən rəsmi müraciətlər edilib, teleqramlar göndərilib. Lakin, qızımın axtarışı Qazax rayon səviyyəsində lokal xarakter daşıyır.

Axtarışların hələ də bir nəticəsi yoxdur. Bir valideyn olaraq mən və həyat yoldaşm, habelə bütün yaxınlarımız qızımın taleyindən olduqca narahatıq. Onun axtarışı ilə ölkə səviyyəsində geniş miqyasda əməliyyat axtarış tədbirlərinin keçirilməsi çox önəmlidir", - F.Süleymanov vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.