Ölkə

Azərbaycanda Universitet işçi qəbulu elan edib

15 Dekabr 2016 16:14
0 Şərh     Baxış: 2 294
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransız-Azərbaycan Universitetində (UFAZ) 2-ci semestr üçün vakansiyalar elan edib.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, vakansiyalar fizika, kimya, informatika müəllimi, kimya və fizika laborantı üzrədir.

Namizədlərin qeyd edilən sahələr üzrə ən azı magistr dərəcəsi və iki illik tədris təcrübəsi, yüksək ingilis dili biliyi və bu dildə fənlərin tədrisi səriştəsi olmalıdır.

Fransız-Azərbaycan Universiteti (UFAZ) layihəsi Fransa və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş bir layihədir.

Layihəyə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə tədris başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.