Ağdaşda dolaşan qəribə "varlıqlar" kimlərdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düzdür, bizim Qoşaqovaq kəndində qəribə hadisələr baş verir. Ancaq bu mətbuatın işıqlandırdığı formada deyil. Yazırlar ki, kənddə guya ağ paltarlı, ağ saqqallı, 2-3 metr uzunluğunda varlıqlar dolaşır. Ancaq bu, belə deyil. Həqiqətən, gecələr kənddə gəzən var. Ancaq bu, hansısa məxluq deyil, normal insandır.
Milli.Az bildirir ki, bu fikirləri anspress-ə Ağdaşın Qoşaqovaq kəndində paranormal hadisələr baş verdiyi barədə fikirlərə münasibət bildirən kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov deyib. Onun sözlərinə görə, sakinlərin gözünə görünən bu "insan" təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır:
"Həmin şəxs həyətlərə girərək, sanki, nə isə axtarır"
Bələdiyyə sədrinin sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. "Düzdür, mən özüm onu şəxsən görməmişəm. Ancaq kənd camaatından onu dəfələrlə görənlər olub. Həyətlərə girərək, sanki, nə isə axtarır. Əlində də alışqan işığı var. Əvvəllər həmin şəxs kənd ərazisində gecə saatlarında peyda olurdu. Son iki gündə isə gecə saat 02-03 radələrində gəlir".
Bələdiyyə sədri bildirib ki, gündüz vaxtı kənd camaatından kimlər onun haqqında danışsa, həmin şəxs gecə həmin adamların həyətlərinə girir və insanların gözünə görünür: "O, hətta bir dəfə sakinlərdən birinin həyətinə özünün qara köynəyini qoyub. Hər axşam da kəndə qara şalvar və qara köynəkdə gəlir. Ancaq həmin qara köynək bir gün uzunqol, o biri gün isə qısaqol olur. Sakinlərdən də heç kim onu tanımır. Həmin adam 20-30 yaşlarındadır və boyu təxminən 1.60 sm-dir. Gecə də polis əməkdaşları kəndə gəlmişdi. Hazırda bütün kənd əhalisi gecələr evlərində keşik çəkir".
X.Xəlilovun sözlərinə görə, iki gün əvvəl gecə saatlarında insanlar onu qovub və işıqlı ərazidən keçərkən normal insan olduğunu görüblər. Həmin vaxta qədər hər kəs onu fərqli təsəvvür edirdi. Hətta qaçanda onun əlindəki telefona da zəng gəlib.
Məsələ ilə bağlı Ağdaş Rayon Polis İdarəsindən sayta bildirdilər ki, polis əməkdaşları kəndə baxış keçirib, lakin heç bir qəribəlik aşkar edilməyib. Ona görə də araşdırma aparılmır.:"Kənddə heç bir qeyri-adi hadisə baş vermir".
Bəzi KİV-də və sosial şəbəkələrdə Ağdaşın Qoşaqovaq kəndində bir neçə nəfərin qəribə ağ geyimli 2-3 metr uzunluğunda varlıqlar gördüyü barədə xəbərlər yayılıb. İddiaya görə, kənd sakinləri bu varlıqlara yaxınlaşanda isə onlar qaçır, yox olur və o qədər pis iy verirlər ki, itlər belə onlara yaxınlaşa bilmir. "Bir sakin həyətində bu varlıqların çoxlu quyu qazıldıgını görüb qonşusuna zəng edib, adamlar gələndə isə bu varlıqlar evi daşlayıb bütün pəncərələri sındırıblar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
XƏBƏR LENTİ
-
İşlər tamamilə dəyişdi, hər il telefon dəyişdirmək dəbi bitdi
-
“Kamera Musiqisi Axşamı” adlı konsert dinləyicilərə zəngin və rəngarəng proqram təqdim etdi - FOTO
-
"Qəbələ" "Şamaxı"nı məğlub edib
-
WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib - FOTO
-
"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə
-
Akademik Milli Dram Teatrı Konya Beynəlxalq Teatr Festivalında iştirak edəcək - FOTO
-
WUF13 çərçivəsində “Muğamat axşamı” adlı konsert keçirilib - FOTO
-
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb - FOTO
-
"Özümə kişilərin olmadığı serial tapacağam"
-
Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm - Çarukyan
-
1-ci liqanı tərk edən komanda bəlli oldu
-
Azərbaycanda bu dövlət qurumu ləğv olundu
-
Kadir İnanır intubasiya olundu
-
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib - VİDEO - FOTO
-
Kaseto şirniyyatı resepti
-
“Böyük şəhərlərin kino musiqisi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
Məşhur aparıcı oğlu ilə FOTOsunu paylaşdı
-
Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
-
Mask tarixdə ilk trilyoner ola bilər
-
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
-
Bu şəxslərə mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
-
“Zirə”də ayrılıq vaxtı
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
İlin sonuna qədər Kəlbəcərin Zar kəndinə əhalinin qayıdışı nəzərdə tutulur





