Ölkə

Təhlükəsizlik Xidmətinin yeni saytı yaradıldı

17 Mart 2016 15:12
Baxış: 1 077
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni saytı yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qurumun yeni istifadəyə verilən saytında DTX-nın strukturu, fəaliyyəti, Xidmət haqqında ətraflı məlumatlar yerləşdirilməklə yanaşı, eyni zamanda, tarixi məlumatlar haqqında da geniş məlumat toplusu yer alıb.

Qeyd edək ki, saytda gənc nəsil üçün önəmli olacaq Azərbaycanın Xüsusi Xidmət Orqanlarının tarixi haqqındakı bölmədə geniş məlumat toplusu yerləşdirilib.

Yüksək tərtibatla hazırlanmış DTX-nın yeni saytında mövcud qanunvercilik bazası ilə də bağlı geniş informasiya bloku var.

Bundan başqa, DTX-nın yeni saytında "qaynar xətt" də fəaliyyət göstərir - 192.

DTX-nın yeni saytında Xəbərlər bölümündə Azərbaycanın ictimai-syasi həyatındakı çox önəm daşıyan məlumatlara da yer verilib.

Eyni zamanda, DTX-nın saytında quruma müraciət, vətəndaşlar üçün əlaqə koordinatları və Xidmətin ünvanı da göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.