Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın ən qədim sənaye müəssisələrindən və milli ipəkçilik irsinin əsas simvollarından biri olan "Azəripək" ASC-də olub.
Milli.Az xəbər verir ki, Leyla Əliyevaya müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mədəni irsin qorunması, ənənəvi sənətkarlığın inkişafı, qeyri-neft sənayesinin gücləndirilməsi və "Made in Azerbaijan" brendinin beynəlxalq səviyyədə təşviqi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti çərçivəsində "Azəripək" ASC xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən müəssisə bir əsrdən artıq tarixə malik olmaqla, bu gün də ölkədə təbii ipək istehsalını həyata keçirən yeganə ipək kombinatıdır.
"Azəripək" ASC yalnız istehsal müəssisəsi deyil, həm də Azərbaycanın zəngin ipəkçilik ənənələrinin, milli sənətkarlığının və mədəni irsinin qorunaraq gələcək nəsillərə ötürülməsində mühüm missiya yerinə yetirən strateji sənaye kompleksidir. Müəssisə ekoloji cəhətdən təmiz, tam təbii xammala əsaslanan istehsal prinsiplərinə sadiq qalaraq yaşıl iqtisadiyyatın inkişafına töhfə verir və Azərbaycan ipəyini dünya bazarlarında layiqincə təmsil edir.
Qeyd olunub ki, "Azəripək" ASC-nin fəaliyyəti sayəsində Azərbaycanın 40-dan çox rayonunda minlərlə kümçü və fermer baramaçılıqla məşğul olur, müəssisənin özündə isə 400-dən artıq əməkdaş çalışır. Müəssisə regionlarda məşğulluğun artırılmasına, kənd təsərrüfatının inkişafına və ipəkçilik sahəsində dayanıqlı dəyər zəncirinin formalaşdırılmasına mühüm töhfə verir.
Səfər çərçivəsində Leyla Əliyeva müəssisənin barama emalı sexinə, toxuculuq sexinə və Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli kəlağayı sənətinin yaşadıldığı emalatxanaya baş çəkib. O, təbii Azərbaycan ipəyinin istehsalının bütün mərhələləri, qədim sənətkarlıq ənənələrinin müasir texnologiyalarla qorunaraq inkişaf etdirilməsi prosesi ilə yaxından tanış olub.
Leyla Əliyeva müəssisənin əməkdaşları ilə səmimi söhbət edib, onların peşəkarlığını və milli ipəkçilik ənənələrinin qorunması istiqamətində gördükləri işi yüksək qiymətləndirib, kollektivlə xatirə şəkilləri çəkdirib.
Sonda Leyla Əliyevaya kəlağayı hədiyyə olunub.
Bu ziyarət Azərbaycanın milli irsinə, ipəkçilik sənayesinə və yüzillik ənənələrə malik "Azəripək" ASC-nin fəaliyyətinə göstərilən yüksək diqqət və ehtiramın növbəti təzahürü olmaqla yanaşı, ölkəmizdə milli istehsalın, ekoloji cəhətdən təmiz məhsulların və ənənəvi sənətkarlığın inkişafına verilən önəmin bariz nümunəsi kimi qiymətləndirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"3 il olacaq, hələ də gözümüzün yaşı axır"
-
Elnur Hidayətoğlu TƏBİB-dən getdi
-
Xanım Yadigarlı işdən çıxdı
-
Azərbaycanda tanınmış musiqiçi qəzada öldü
-
Ronaldo meydanda tər tökür, görün Corcina nə edir... - (Fotolar)
-
Azərbaycan Hava Yolları Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
"Yol hərəkəti haqqında" Qanunda hər kəsi çaş-baş salan o gizli maddə nədir?
-
Qanunun keşiyində: 2 İyul - Azərbaycan Polisi Günüdür
-
"Yeşilçam"ın aktrisası vəfat etdi
-
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
-
Rafael Ağayev: "UFC-də döyüş keçirib karyeramı bitirmək arzumdur"
-
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar
-
"İkinci xanımım məndən 37 yaş balacadır" - 87 yaşlı Xalq artisti
-
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - (Foto)
-
"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
-
Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib - (Foto)
-
Əməkdar artist efirdə anasından danışıb ağladı - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində tədbir keçirilib - (Foto-Video)
-
DİM-dən iyulun 5-də imtahan verəcək abituriyentlərə xəbərdarlıq
-
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
-
AFFA rəsmisinə UEFA-dan təyinat
-
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
-
Bakıda 5 milyonluq siqaret qaçaqmalçılığı məhkəməsi başladı
-
Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı





