Bakıda WUF13-ün üçüncü günü start götürdü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü işə başlayıb.
Trend xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum çərçivəsində bu gün də mənzil təminatı, dayanıqlı şəhər inkişafı, urbanizasiya, iqlim dəyişiklikləri və rəqəmsal şəhər həlləri ilə bağlı geniş müzakirələr aparılır.
Forumun üçüncü gününün proqramı əsasən qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı və innovativ urbanizasiya modellərinə həsr olunub. Günün əsas sessiyalarından biri "Qlobal mənzil böhranı: Plan nədir?" mövzusunda keçirilən dialoqdur. Sessiyada mənzil əlçatanlığı, sosial bərabərlik və şəhərlərdə yaşayış şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə olunacaq.
Bununla yanaşı, "Mənzilin sosial və iqtisadi gücü", "Şəhərlər üçün süni intellekt", "Məlumatdan qərarlara: Süni intellekt, məkan təhlili və hamı üçün mənzil", "İqlimə davamlı şəhərlər və icmalar", "Şəhər planlaması iqlim fəaliyyətidir" kimi mövzular forumun diqqət mərkəzindədir. Ekspertlər və beynəlxalq təşkilat nümayəndələri şəhərlərin gələcək inkişafında rəqəmsal texnologiyaların, məlumat əsaslı idarəetmənin və yaşıl həllərin rolunu xüsusi vurğulayırlar.
Üçüncü gün çərçivəsində həmçinin "Hamı üçün mənzil", "Qadınların gücləndirilməsi üçün təhlükəsiz və dayanıqlı yaşayış", "Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər", "Gənclərin şəhər idarəçiliyində rolu", "İqlim maliyyəsinin şəhərlərə yönləndirilməsi", "Dayanıqlı və əlçatan nəqliyyat", "Müharibədən zərər görmüş şəhərlərin bərpası" və "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" kimi mühüm mövzular üzrə sessiyalar keçiriləcək.
Forumun proqramında urbanizasiya və iqlim gündəliyinin əlaqələndirilməsi də xüsusi yer tutur. "İstiyədavamlı şəhərlər", "Təbiət əsaslı həllər", "Yaşıl və dayanıqlı yaşayış", "Su resurslarının idarə olunması", "Şəhərlərdə enerji ədaləti" kimi mövzular urbanizasiya ilə ekoloji davamlılıq arasındakı əlaqələri ön plana çıxarır.
Bu gün həmçinin "World Cities Report 2026" hesabatının təqdimatı, Afrika regionu və digər beynəlxalq platformalar üzrə yüksək səviyyəli görüşlər, eləcə də şəhər inkişafı və mənzil siyasətinə dair xüsusi sessiyalar keçiriləcək.
WUF13 çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələri və "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji zonası" konsepsiyaları da beynəlxalq iştirakçılara təqdim olunur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı urbanizasiya nümunəsi kimi diqqət çəkir.
Qeyd edək ki, forumun ilk iki günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi də təşkil olunub.
Forumun ikinci günü isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. Forum "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusu ətrafında hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
AZAL-ın Naxçıvana reysləri bərpa edildi
-
İlon Mask məhkəməni uduzdu
-
Valyuta dəyişdirmək istəyənlərin nəzərinə: BAHALAŞDI
-
Seda Sayan "parik"ini ÇIXARDI: Saçları belə imiş... - VİDEO
-
1-ci kurs tələbəsi öldü
-
Tramp ABŞ-nin ümumi dəyərini qiymətləndirdi
-
Məktəbli vəfat etdi
-
Neftimiz bahalaşıb bu qiymətə oldu
-
Braziliya millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
-
Şakira həbs olunacaq?
-
Bakıda WUF13-ün üçüncü günü start götürdü
-
İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasiminə dair videoçarx paylaşılıb - VİDEO
-
Çingiz Mustafayevə yüksək vəzifə verildi
-
İlham Əliyev: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir
-
Prezident: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır
-
İlham Əliyev: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq
-
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib - FOTO
-
Şakiraya 70 milyon avro qaytarılacaq
-
Münasibətlərdə "İç-içə keçmişlik" (Enmeshment) nədir?
-
Qərarsızlığa son: Şəxsi rəng palitrasının müəyyən edilməsi üsulları
-
“Evin bazarlığını, heç bir işini etmirəm”
-
Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
2026 yayının ən dəbli saç trendləri açıqlandı





