Şakiraya 70 milyon avro qaytarılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniya Ali Məhkəməsi kolumbiyalı pop ulduz Şakira barəsində vergi fırıldaqçılığı ittihamı üzrə bəraət hökmü çıxarıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə müğənninin günahsız olduğuna qərar verərək İspaniya Maliyyə Nazirliyinə Şakiraya ödədiyi cərimələr və faizlər də daxil olmaqla, ümumilikdə 70 milyon dollara yaxın (60 milyon avrodan çox) vəsaiti geri qaytarmağı tapşırıb.
Sözügedən iddia Şakiranın 2011-ci il vergi ili üzrə öhdəliklərini əhatə edir. Məhkəmə sənədlərinə görə, İspaniya qanunvericiliyinə əsasən, şəxsin vergi rezidenti hesab olunması üçün il ərzində ölkədə azı 183 gün keçirməsi şərtdir. Lakin rəsmi qurumlar ulduzun həmin il İspaniyada cəmi 163 gün qaldığını sübut edə bilib. Vergi orqanları müğənninin həmin dövrdə futbolçu Jerar Pike ilə münasibətdə olduğunu əsas gətirərək onun əsas iqtisadi fəaliyyət mərkəzinin İspaniya olduğunu iddia etsə də, məhkəmə bu arqumenti hüquqi baxımdan yetərsiz hesab edib və tətbiq olunan cərimələri qanunsuz sayıb.
Bəraət qərarından sonra açıqlama verən Şakira 8 illik hüquqi mübarizənin bitdiyini və ədalətin bərpa olunduğunu bildirib:
"Heç bir fırıldaqçılıq olmayıb və dövlət orqanları bunun əksini heç vaxt sübut edə bilmədilər, çünki bu, sadəcə yalan idi. Amma demək olar ki, on il ərzində mənə günahkar kimi rəftar edildi".
Qeyd edək ki, bu qərar sənətçinin 2012-2014-cü illəri əhatə edən digər vergi işinə aid deyil. Şakira 2023-cü ildə həmin illər üzrə açılmış cinayət işində həbsdən yayınmaq üçün prokurorluqla razılığa gələrək 15 milyon dollara yaxın kompensasiya və cərimə ödəməyi qəbul etmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





