Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin aprel ayı ərzində məişət zorakılığı ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ümumilikdə 63 müraciət daxil olub.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, müraciətlərdən 47-si qadınlar, 13-ü kişilər, 3-ü isə uşaqlar tərəfindən edilib:
"Aprel ayı üzrə daxil olan müraciətlərin 45-i fiziki, 9-u psixoloji, 6-sı iqtisadi, 3-ü isə cinsi zorakılıq halları ilə bağlı olub. Müraciətlərin coğrafiyasına gəldikdə isə, 27 müraciət regionlardan, 35 müraciət Bakı şəhərinin rayonlarından daxil olub".
Komitə rəsmisi kişilər tərəfindən daxil olan müraciətlərlə bağlı bildirib ki, daxil olan 13 müraciətin heç biri fiziki zorakılıqla bağlı olmayıb.
"Həmin müraciətlər əsasən iqtisadi və psixoloji zorakılıq halları ilə əlaqədar olub. Əksər müraciətlər kişilərin övladları ilə ünsiyyət imkanlarının məhdudlaşdırılması, aliment və uşaqların anaları tərəfindən məişət zorakılığına məruz qalması iddiaları ilə bağlıdır. Qeyd edək ki, həmin müraciətlər üzrə faktlar hələ təsdiqlənməyib, yekun nəticələr yalnız aidiyyəti qurumlardan daxil olacaq cavab məktublarından sonra məlum olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır
-
Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir
-
Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir
-
Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir
-
"Bozo"nun qızının ifası maraq doğurdu – (Video)
-
Tanınmış güləşçi vəfat etdi - (Foto)
-
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
-
Hava kəskin dəyişir: Külək, qar... - Proqnoz verildi
-
Azərbaycanda "Qara cümə" endirimlərinin görünməyən üzü
-
Türkiyəli müğənni 10 il həbs oluna bilər
-
Paşinyan bu halda istefa verəcəyini açıqladı
-
Bu məhsulu qətiyyən almayın - Xəbərdarlıq
-
Tarixi görüş başladı - Putin, Tramp, Cinpin bir arada
-
Noyabr ayının son günləri böyük sürpriz yaşayacaq 3 bürc
-
Tramp Putinlə bir saatda nə danışdı? - Müzakirə olunan mövzular
-
“Uzak şehir” final edir?
-
Paytaxtın daha üç rayonunda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi - (Foto)
-
“Dünya misli görünməmiş bu dəyişikliklərin yalnız başlanğıcındadır” - DTX rəis müavini
-
Hikmət Hacıyevdən Ermənistana çağırış
-
Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində - (Foto)
-
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - Açıqlama
-
Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi
-
Tanınmış xanəndələr yol nişanlarını tanımaqda çətinlik çəkdilər - (Video)
-
Azərbaycanda şagirdlərin sayı azalıb





