Ölkə

Qara Qarayevin doğum gününə həsr olunmuş “Əsrləri adlayan musiqi” konserti keçirildi - FOTO

9 Fevral 2026 15:48
Baxış: 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

6 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Qara Qarayevin doğum gününə ithaf olunan "Əsrləri adlayan musiqi" adlı konserti baş tutdu.

Gecənin əvvəlində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə çıxış edərək Qara Qarayevin yaradıcılığı, onun musiqi dilinin fəlsəfi və estetik xüsusiyyətləri barədə dinləyicilərə məlumat verib.

Konsert proqramında XX əsr musiqi mədəniyyətinin görkəmli nümayəndələrinin simfonik əsərləri səsləndirilib. Gecənin ilk hissəsində Qara Qarayevin dərin dramaturji quruluşu və fəlsəfi məzmunu ilə seçilən 3 nömrəli Simfoniyası, ikinci hissəsində isə Dmitri Şostakoviçin dramatik gərginliyi və monumental ifadə tərzi ilə tanınan 5 nömrəli Simfoniyası d-moll, op. 47 ifa olunub.

Qara Qarayevin doğum gününə həsr edilən bu konsert onun zəngin yaradıcılıq irsinin bir daha yad edilməsi və simfonik musiqi ənənələrinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.