Naxçıvanın ölkə enerji sisteminə qoşulmasına başlanılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb.
Milli.Az xəbər verir ki, ökə başçısının tapşırığına əsasən "AzərEnerji" tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhədinədək 105 km uzunluğunda, ikidövrəli və 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur.
Araz çayı boyunca, bir sıra ərazilərdə isə dağlıq və qayalı massivlərin yarılmasından keçən xətt "AzərEnerji" tərəfindən son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitində çəkilir.
Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Eyni zamanda Naxçıvan şəhərində yeni 330 kV-luq yarımstansiya tikiləcək. Artıq bu məqsədlə 49 hektar torpaq sahəsi ayrılıb və mobilizasiya işlərinə start verilib.
Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi layihəsinin davamı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. Belə ki, 230 km məsafədə Naxçıvandan Türkiyəyə 400 kV-luq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerjisisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, həmçinin Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
Bu gün Azərbaycanda qısa iş günü deyil
-
Asim Şahsuvarlıya yüksək vəzifə verildi
-
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın beynəlxalq münasibətlərə baxışı
-
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
XƏBƏR LENTİ
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
Bu gün Azərbaycanda qısa iş günü deyil
-
Asim Şahsuvarlıya yüksək vəzifə verildi
-
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Prezident İlham Əliyevin mesajları və Azərbaycanın beynəlxalq münasibətlərə baxışı
-
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Emin Mahmudov bu oyundan sonra millidən gedir
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Əməkdar artist: “Qız uşağı böyüdürəm, evimdə yad kişi istəmirəm” - (Video)
-
Minlərlə sahibkar üçün yeni güzəşt
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
“Sabah”ın futbolçusu Puxaç: “O hərəkəti qəsdən etdim”
-
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - (Foto)
-
Qonşu ölkədə çoxuşaqlı ailələrə 65 min dollar veriləcək
-
Sabah yağış yağacaq, şimşək çaxacaq
-
Jorji Jezuşdan Ronaldu ilə bağlı diqqətçəkən addım: Fotosunu...
-
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
-
“Sabah” fransalı futbolçusunu göndərdi (Foto)
-
Bu sahədəki 100%-lik tam vergi azadolması ləğv edilir
-
Azərbaycanda bu taksi şirkətinin adı dəyişdirildi
-
Metronun bu stansiyası yenidən qurulacaq
-
Zəfərin ildönümünə 2 gün qaldı - (Video)
-
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək





