Ölkə

Kamran Əsədov işi üzrə araşdırma genişlənir - Həmin tələbələr universitetdən qovula bilər

23 Dekabr 2025 12:10
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovla əlaqəli araşdırma genişlənidirilir.

Milli.Az-ın əldə etdiyi məlumata görə, hazırda hər iki şəxsin və digərlərinin əvvəlki illərdə də anoloji əməli törədə biləcəkləri ilə bağlı araşdırma aparılır.

Əgər sözügedən araşdırma nəticəsində yeni faktlar üzə çıxarsa, qanunsuz yollarla universitetlərə daxil olan şəxslər qəbul olduqları ali məktəblərdən xaric oluna bilərlər. 

Qeyd edək ki, Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.  K. Əsədov və G. Abbasov 9, 8, 6 və 15 min (ümumilikdə 70 min) manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına, pulların isə imtahanın nəticəsindən sonra verilməsinə razılaşıb. Kamran Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü maddələr üzrə ittihamlarla özünü təqsirli bilmədiyini bildirib.

Gündüz Abbasov isə ancaq Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) maddəsi ilə özünü təqsirli bilib.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.