Ölkə

Bu şəxslərə yeni avtomobillər veriləcək

17 Dekabr 2025 17:49
Baxış: 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çernobıl Atom Elektrik Stansiyası (AES) hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı üzrə tədbirlər davam etdirilir.

Trend-in məlumatına görə, bu işlərin davamı kimi qəzanın ləğvi ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə növbəti partiya üzrə avtomobillər təhvil veriləcək.

Məlumata əsasən, bu tədbirlər çərçivəsində 24 nəfər 2025-ci il istehsallı sedan tipli avtomobillərlə təmin olunacaqlar.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi artıq bununla bağlı müvafiq işlərə start verib.

Agentlik avtomobillərin satın alınmasının 390,6 min manata başa gələcəyini proqnozlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.