Ölkə

Azərbaycanda ilk dəfə opera süni zəka ilə! Ramil Qasımov: Yaradıcılığımda dönüş nöqtəsidir - VİDEO - FOTO

17 Dekabr 2025 16:50
Baxış: 282
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan mədəniyyət tarixində mühüm hadisə kimi dəyərləndirilən "Nəsimi" operası tamaşaçılara yeni səhnə həlli ilə təqdim olunacaq. Opera ölkəmizdə ilk dəfə olaraq süni zəka texnologiyalarından istifadə edilərək hazırlanıb. Tamamilə fərqli quruluşda səhnələşdirilən əsər müasir texnologiyalarla klassik operanın sintezini əks etdirir. Tamaşa 3 mart tarixində, saat 19:00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.

Tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımov sözlərinə görə, akademik Rafael Hüseynov və Xalq artisti Siyavuş Kərimi tərəfindən ərsəyə gətirilən "Nəsimi" operası yaradıcılığında xüsusi yer tutur və böyük mənəvi məsuliyyət daşıyır.

Ramil Qasımov vurğulayıb ki, ""Nəsimi" operası yaradıcılığımda dönüş nöqtəsidir. Opera bir həyatdır".
Operanın yaradıcı heyətinə quruluşçu rejissor, Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijor - teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, quruluşçu rəssam Nərgiz Quliyeva və quruluşçu xoreoqraf, Əməkdar artist Yura Labaçov daxildir. Tamaşada opera ifaçıları, dram aktyorları və muğam ifaçıları iştirak edirlər.

Ramil Qasımov layihənin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı və texniki heyətə təşəkkür edib, eyni zamanda bu səhnə işinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Sənətçi teatrın direktoru, dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazovun diqqət və dəstəyini də xüsusi qeyd edib. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.