Ölkə

Zənglə kartlarımıza müdaxilə olunur? - DİN-dən açıqlama

14 Noyabr 2025 18:28
Baxış: 716
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə "9990" və "7770" nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.

"Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.