Hadrut qəsəbəsinə yola düşən ilk köç karvanı doğma yurda çatıb - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:07
Xocavənd rayonunun Hadrut qəsəbəsinə yola düşən ilk köç karvanı artıq doğma yurda çatıb.
Trend xəbər verir ki, köç edən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
---------
17:07
İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Sentyabrın 12-də Xocalı rayonunun Badara kəndinə ilk köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ilk mərhələdə kəndə 56 nəfərdən ibarət 14 ailə köçürülüb. Ailələrə tam təmir olunmuş və müasir tələblərə cavab verən fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Açarların təqdimetmə mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kənddə sakinlər üçün yaradılan şərait barədə məlumat verib. O bildirib ki, Badara kəndində sakinlərin rahat yaşayışı və məşğulluğu üçün bütün zəruri infrastruktur qurulub, sosial və iqtisadi məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Badara kəndi qısa müddət ərzində bərpa edilərək, elektrik enerjisi, içməli su və mavi yanacaqla təmin olunub. Sakinlərin qayğısız yaşayışı və dayanıqlı məskunlaşması üçün bütün imkanlar yaradılıb. Məşğulluqla bağlı məsələ də hər zamankı kimi prioritet olaraq qalır.
---------
09:01
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in məlumatına görə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Badara kəndinə 14 ailə - 55 nəfər, Hadrut qəsəbəsinə isə 10 ailə 42 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aİ-nin Ermənistan üzərində təsir imkanları yoxdur
-
Media və Yayım Şurasının strukturu təsdiqlənib
-
Sabahın hava proqnozu açıqlandı
-
Türkiyədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb
-
“Sabah” - “Orhus” oyununun hakimləri dəyişdirildi
-
Pezeşkian qonşu ölkələrin dəstəyindən danışdı: “Buna imkan vermədilər”
-
Aytən Abdullayevaya yüksək vəzifə verildi
-
Tailandda məktəbdə qanlı atışma: 7 nəfər öldü
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
-
"Tarqovu"da güclü yanğın başladı - (Yenilənib/Video)
-
Ucarda 1 tondan çox narkotik tərkibli bitki məhv edildi
-
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
-
Rusiya Qara dənizdə Ukrayna üçün yük daşıyan gəmilərə zərbə endirib
-
Cüdoçumuzun atası vəfat etdi
-
Tərtərdəki hadisənin təfərrüatı: Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
-
Kimlər adını dəyişə bilməz? - Rəsmi
-
Zərdabda qəsdən yanğın törədən şəxs müəyyən edildi
-
Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat: 15 nəfər saxlanıldı
-
Tibb müəssisələrində yoxlamalar: 39 obyektdə nöqsan aşkarlanıb
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
Bir gündə 55 cinayət açıldı
-
Tamilladan Elton Hüseynəliyevə romantik təbrik





