Ölkə

Azərbaycanda qardaşlardan yarım milyonluq dələduzluq

15 Avqust 2025 14:48
Baxış: 596
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda iki qardaş xüsusilə külli miqdarda dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Kənan və Emil Nurullayev qardaşları bir neçə nəfərin yarım milyondan çox pulunu ələ keçirməkdə ittiham olunurlar.

Zərərçəkmişlərin bir neçəsi dəmir ticarəti qurmaq, bir neçəsi isə müxtəlif qurumlara işə düzəltmək üçün qardaşlara ümumilikdə 593 min manat pul veriblər. Verilən vədlər yerinə yetirilmədikdən sonra isə zərərçəkmişlər prokurorluğa şikayət ediblər.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nurullayev qardaşlarına cinayət işi açılıb. Onlara qarşı AR Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərin bəlli yaşayış yerləri olması, ziyanın bir qisminin ödənilməsi nəzərə alınaraq barələrində həbs deyil, polis nəzarəti qaydasında qətimkan tədbiri seçilib.

İş üzrə ibtidai araşdırma bu günlərdə artıq başa çatıb. Verilmiş ittihamla təqsirləri sübuta yetiriləcəyi halda qardaşlar 14 ilə kimi azadlıqdan məhrum edilə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.