Ölkə

İcra hakimiyyətlərində islahatlar başlayır - Bır sıra qurumlar ləğv edilə bilər

23 İyul 2025 11:03
Baxış: 1 027
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, islahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq.

Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək.
İslahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir.

Bəzi idarələrin birləşdirilməsi, digərlərinin isə müasir tələblərə uyğun şəkildə yenidən formalaşdırılması nəzərdə tutulur.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.