Ermənistan Zəngəzur dəhlizi ilə bağlı Amerika ilə anlaşıb?
Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarət üçün gizli memorandumun imzalanması ilə bağlı iddia yayılıb.
Milli.Az qafqazinfo-ya isitnadla xəbər verir ki, bu məlumatı İspaniyanın "Periodista Digital" nəşri yayıb.
Qəzet iddia edir ki, Ermənistan bununla öz suveren ərazisinin müəyyən bir hissəsindən imtina etməyə məcburdur.
Nəşrin yazdığına görə, sözügedən sənəd erməni diasporu üzvləri arasında yayılıb.
Ermənistanın Sünik rayonundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizi sənəddə "Tramp körpüsü" adlanır. Nəqliyyat dəhlizi Amerika şirkəti tərəfindən idarə olunacaq. Bu dəhlizdən istifadədən əldə olunacaq gəlirin 40 faizi Amerika şirkətinə, 30 faizi isə Ermənistana çatacaq. Beləliklə, Ermənistan öz ərazisindən minimum 99 il məhrum edilmiş olacaq.
Sənəddə ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsi də nəzərdə tutulur. Amma bunlar ABŞ-nin nizami silahlı qüvvələri deyil, özəl hərbi şirkətin nümayəndələri olacaq. Dəhliz boyunca təhlükəsizliyi təmin edəcək hərbi qüvvənin sayı 1000 döyüşçüdən ibarət olacaq. Onlara güc tətbiq etmək səlahiyyəti də veriləcək.
Bu memorandum Avropa İttifaqının Ermənistanı itirməsi kimi də xarakterizə edilir. Nəşrin yazdığına görə, nəticədə Ermənistanın tərəfdaşı olan Fransa da uduzacaq.
"Ermənistan faktiki olaraq Amerika xüsusi təyinatlıları tərəfindən işğal ediləcək. Beləliklə, ölkə nə Avropa İttifaqının, nə də Fransanın tərəfdaşı ola bilər. Əslində ABŞ tamamilə yeni siyasi vəziyyət yaradır ki, Ermənistan səsvermə hüququndan, Fransa isə regionda öz maraqlarını müdafiə etmək imkanından məhrum olsun", - nəşr qeyd edir.
Xatırladaq ki, bir müddət əvvəl "Middle East Eye"da ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməsi ilə bağlı xəbər yayılıb. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb. O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev isə iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bu məsələ ilə bağlı qəti mövqeyini bildirib: "Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Mərkəzi Asiyada yeni geosiyasi reallığın memarlığı
-
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir - Kamaləddin Qafarov
-
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
-
Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
XƏBƏR LENTİ
-
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
-
Avqust üçün ən yaxşı – Qarpız pəhrizi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi
-
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
"Qara Tofiq" vəfat etdi
-
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
-
"Nilay" "Kızılcık şerbeti"ndən gedir
-
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
-
Lerikdə zəlzələ olub
-
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb
-
Rusiyada banklardan rekord həcmdə nağd pul çıxarıldı
-
12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?





