Hadisə

Azərbaycanda kafeyə hücum edildi - qadın ölümlə hədələndi - FOTO

23 İyul 2025 16:20
Baxış: 739
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Balakən rayonunda yerləşən obyektlərin birində gecə saatlarında quldurluq hadisəsi qeydə alınıb. Kəsici alətlə kafeyə daxil olan naməlum şəxs qadın icarədardan kassada olan pulları tələb edib və verməyəcəyi təqdirdə onu ölümlə hədələyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə təqsirli bilinən 29 yaşlı Ramazan Ramazanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Ramazanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.