Ölkə

“Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi

13 İyun 2025 17:40
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarşı mübarizə aparılır.

Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırma zamanı taksi operatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən "Ridetech" MMC-nin (əvvəlki adı ilə "Uber Azərbaycan" MMC) direktoru Müşfiq Həsənov tərəfindən bu sahədə mövcud olan müvafiq qanun və tələblərin pozulması nəticəsində Cəmiyyətə məxsus informasiya sisteminə müvafiq şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatların daxil edilməsinə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması müəyyən edilib.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci (Taksi sifarişi operatorları tərəfindən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Bundan başqa, MMC-nin direktoru Müşfiq Həsənov həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 5000 manat məbləğində inzibati cərimə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.