Ölkə

Paytaxtın bu ərazisində işıq kəsiləcək

13 İyun 2025 09:40
Baxış: 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik naqillərinin yenilənməsi ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 10:00-dan saat 15:00-dək Buzovna qəsəbəsinin Ruhulla Axundov və Heydər Eyvazov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.