14:04
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.
"Hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir. Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb", - məlumatda qeyd olunub.
12:26
Gəncədə xəstəxanada oksigen balonu yanıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.
Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.
Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.
Əlavə məlumat veriləcək.
Milli.Az