Ölkə

Dənizdə dalğanın hündürlü 5 metrə çatacaq - XƏBƏRDARLIQ

2 İyun 2025 09:15
Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyunun 4-ü gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, dənizdə isə arabir 30 m/s- dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda isə 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.