Bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri" Konfransı - "MEDİAFEST-2025"keçirilir. Konfrans çərçivəsində Naxçıvan televiziyası Azerspace-1" peykində (11135 Horizontal 30000) yayıma başlayıb.
Milli.Az xəbər verir ki, Naxçıvanda keçirilən tədbirdə ölkənin tanınmış media nümayəndələri, rəsmi qonaqlar- Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Mətbuat Şurasının sədri Rəşad Məcid, o cümlədən qonaqlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü ilin 15 avqust tarixli sərəncamına əsasən Naxçıvan televiziyasına yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.
Milli.Az